19.01.2026
DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib
Yanvarın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şərai...